Onlayn ictimai-siyasi qəzet
İraqda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti Məhəmməd Rza Nuri terrorizm və qətldə ittiham olunur.
Musavat.com xəbər verir ki, o, 2022-ci ildə Bağdadda amerikalı Stiven Troelin qətlini təşkil etməkdə günahlandırılır. Hadisənin İranın general Qasım Süleymaninin ölümünə görə qisas məqsədilə həyata keçirildiyi ehtimal olunur.
Nuri hazırda İraqın hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılır. O, terrorizm, odlu silahla qətl və sui-qəsd təşkilinə görə ömürlük həbs cəzası ilə üzləşə bilər.
Məhkəmə prosesi bölgədə böyük maraq doğurub və İran-ABŞ münasibətlərindəki gərginlik fonunda diqqətlə izlənilir.
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ