İnsanlara hürriyət, millətlərə istiqlal!

Sudanda döyüşlər nəticəsində 97 dinc sakin həlak olub

Sudanda ordu hissələri ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında aprelin 15-də başlayan döyüşlər nəticəsində yüzə yaxın dinc sakin həlak olub.

AZƏRTAC France Presse agentliyinə istinadla xəbər verir ki, bu barədə Sudan həkimlərinin həmkarlar ittifaqları tərəfindən yayılan bəyanatda bildirilir. Məlumata görə, mülki əhali arasında ölənlərin sayı 97 nəfərə çatıb. Döyüşən tərəflərin itkiləri haqqında isə hələ də məlumat yoxdur. Lakin şahidlər paytaxt Xartumun küçələrində hərbi geyimdə olan çoxsaylı cəsədlər gördüklərini deyirlər.

Bu arada Sudanın paytaxtında və bir çox digər şəhərlərində, xüsusən böyük hərbi bazanın yerləşdiyi Merove şəhərində döyüşlərin yenidən başladığı barədə xəbərlər yayılmaqdadır.

Aprelin 16-da Hökumətlərarası İnkişaf Təşkilatının (IGAD) sammitində Cibuti, Keniya və Cənubi Sudan prezidentlərinin müharibə edən tərəfləri barışdırmaq üçün Sudana getmələri qərara alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR