Onlayn ictimai-siyasi qəzet
Yeni araşdırma göstərib ki, gündə 300 ml süd içmək qadınlarda ürək və qan damarlarının vəziyyətini pisləşdirir.
Kişilərdə belə bir təsir qeydə alınmayıb.
İsveç alimləri 100 mindən çox insanın iştirak etdiyi eksperiment zamanı bu qənaətə gəliblər.
Rusiyalı endokrinoloq Zöhrə Pavlova araşdırmanın nəticələrindən danışıb.
Onun sözlərinə görə, südün saf formada həddindən artıq istehlakı qadınlar üçün zərərlidir “Bu, ürək-damar xəstəliklərinin inkişaf riskini artırır. Beləliklə, iki stəkan süd ürək-damar xəstəliklərinin inkişafı üçün risk əmsalını 1,05-ə, dörd stəkan isə 1,21-ə qaldırır. Eyni zamanda, yağsız süd istehlakı vəziyyəti dəyişmir”.
Alimlər südü sevənlərin bədən kütləsi indeksinin də artdığını müəyyən ediblər. Bu arada fermentləşdirilmiş südə üstünlük verən eksperiment iştirakçılarında ürək sağlamlığında heç bir pisləşmə aşkar edilməyib. Bununla bağlı Z.Pavlova kəsmik və qatıq yeməyi tövsiyə edib. (cebheinfo.az)
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ