İnsanlara hürriyət, millətlərə istiqlal!

Stoltenberq: “Rusiya və Putinin ambisiyalarını qiymətləndirməmək təhlükəlidir”

“Ukrayna münaqişəsi fonunda Rusiyanı və Rusiya prezidenti Vladimir Putinin ambisiyalarını qiymətləndirməmək təhlükəlidir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberqin Norveçdə biznes konfransında çıxışında deyib.

Şimali Atlantika Alyansının rəhbəri savaşda ukraynalılara heyranlığını gizlətməyib.

"Onlar itkilərə və əzablara dözmək üçün böyük iradə nümayiş etdirdilər",-deyə o söyləyib.

“Prezident Putinin Ukrayna ilə bağlı plan və məqsədlərini dəyişdiyinə dair heç bir məlumatımız yoxdur. Ona görə də Rusiyanı qiymətləndirməmək təhlükəlidir”, - deyə NATO-nun baş katibi əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR