Onlayn ictimai-siyasi qəzet
Helsinki və Stokholm Türkiyə tərəfinin Şimali Atlantika Alyansına qoşulmaq tələblərini yerinə yetirib, buna görə də onları NATO-ya qəbul etməyin vaxtı çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq cümə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.
"Finlandiya və İsveç Türkiyənin NATO-ya daxil olması ilə bağlı tələblərini yerinə yetiriblər, buna görə də onları nəinki dəvət etmək vaxtı çatıb, onları çoxdan dəvət ediblər, həm də onları alyansa üzv etmək vaxtı çatıb. Mən bu məsələni sabah Prezidentlə (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - red) müzakirə edəcəm. Bu, hesablamalarda heç bir səhvə yol verməmək üçün indiki şəraitdə Rusiyaya düzgün siqnal göndərmək üçün xüsusilə vacibdir”, - o deyib.
Finlandiya və İsveçi NATO-ya qəbulu üçün Türkiyə üzvlük protokolunu ratifikasiya etməlidir.
14 Oktyabr 2024
01:40 Bakıdan qovulan İran mollası Cəmkəranda ortaya çıxdı və Livana yavan çörək təklif etdi - VİDEO
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ