 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Böyük Britaniyanın Baş naziri Keir Starmer həftə sonu Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün Avropa liderlərinin görüşəcəyini təsdiqləyib.
"Report"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, Dauninq-stritdə keçirdiyi mətbuat konfransında bildirib.
"Mövcud vəziyyət fonunda müttəfiqlərimizlə necə hərəkət edəcəyimizə dair müzakirələrimizin davamı üçün həftə sonu bir sıra ölkə rəhbərləri ilə görüşəcəyəm", - Starmer bildirib.
Bundan əvvəl "Bloomberg" agentliyi Avropa liderlərinin Ukrayna üzrə görüşünün martın 2-də baş tuta biləcəyini bildirib.
28 Oktyabr 2025
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ