Onlayn ictimai-siyasi qəzet
Anti-Hitler koalisiyasının rəhbərlərinin Yalta konfransı düz 80 il əvvəl, 1945-ci il fevralın 4-dən 11-dək baş tutub. İştirakçıların təhlükəsizliyinin təşkili gərgin iş və bir çox gizli məsələlərin həllini tələb edib.
Onilliklər ərzində müharibədən sonrakı dünya nizamını müəyyən edən görüşün bəzi sirləri heç vaxt açılmayacaq. Buna baxmayaraq, bir çox nüanslar məlumdur.
Şərab zirzəmisində gizlənən SSRİ rəhbərliyi
29 yanvar 1945-ci ildə sovet nümayəndə heyəti yaxşı mühafizə olunan xüsusi qatarla Moskvadan Minskə yola düşüb. Məqsəd “Böyük üçlük” qrupuna daxil olan dövlətlərin SSRİ, ABŞ və Böyük Britaniyanın rəhbərlərinin sammitində iştirak olub. SSRİ tərəfdən görüşdə Nazirlər Sovetinin sədri İosif Stalin, Böyük Britaniyadan baş nazir Uinston Çörçill və Amerika Birləşmiş Ştatlarında prezident Franklin Ruzveltin qatılacağı nəzərdə tutulub.
Lakin Stalin Minskə gedən qatarda olmayıb. Onun qatarı yerli vaxtla saat 16:00-da Moskvadan Melitopol vasitəsilə Simferopola gedəcəkmiş. Qatarı mühafizəçilərin yerləşdiyi iki vaqonlu bir parovoz izləyib. Zenit silahları ilə təchiz edilən qatar çox yavaş, orta hesabla 33 km/saat sürətlə hərəkət edib.
Sonra Stalin avtomobillə Koreizdəki Yusupov sarayındakı iqamətgahına gedib. Stalin və xarici işlər komissarı Vyaçeslav Molotovun iqamətgahı sarayın gözəlliyi ilə deyil, qayalıqların dərinliklərində oyulmuş nəhəng şərab zirzəmisinin olmasına görə seçilib. Zirzəmidə elektrik və dövlət rabitə sistemi quraşdırılıb. Stalinə məlumat verilib ki, zirzəminin müdafiəsi 1000 kiloqramlıq bombanın birbaşa zərbəsinə tab gətirə bilər.
Yaltadakı müttəfiqlər bir-birinə mütəmadi olaraq güzəştə gedib. Məsələn, Çörçill və Ruzvelt 1944-cü il mayın 18-dən 20-nə kimi tatarların Krımdan deportasiya edilməsi barədə tam məlumatlə olublar, lakin konfransda bunu heç vaxt dilə gətirməyiblər.
Çörçilin və Ruzveltin xilas edilməsi
1944-cü ilin noyabrında qırmızı ordunun Balkanlarda irəliləməsi səbəbindən mühasirəyə düşməkdən qorxan nasistlər Yunanıstandan tamamilə geri çəkilib. Bütün ölkə kommunistlərin tərəfdarı olan ELAS partizanlarının nəzarətinə keçib. İngilislərin Yunanıstana hücumu da elə həmin vaxt başlayıb. Bu dəfə ingilis qoşunlarının sayı 1941-ci ilin yazında Yunanıstanda almanlara qarşı döyüşdükləri zaman olduğundan iki dəfə çox olub.
ELAS ilə ingilislər arasında müharibə başlayıb. 25 dekabr 1944-cü ildə Uinston Çörçill Afinaya gəlib və ən yaxşı hotel olan “Böyük Britaniya”da qalıb. Partizanlar səfərdən xəbər tutublar və otelin zirzəmisinə bir ton partlayıcı maddə yerləşdiriblər. Lakin Stalinin göstərişi ilə sovet kəşfiyyatçıları partlayışın qarşısını alıblar.
SSRİ Xalq Daxili İşlər Komissarlığının əməkdaşı isə Ruzvelti xilas edib. Prezidentin “Livadiya” sarayından ayrılması zamanı mühafizəçilər əlil arabasında olan Ruzvelti “Villis” markalı avtomobilin ön oturacağına əyləşdiriblər. Səhlənkarlıq ucbatından Ruzveltin arabası üçün xüsusi hazırlanmış dayaq barmaqlıqları möhkəm bağlanmayıb və bərbad yolda ABŞ prezidenti qapısı açılan avtomobildən düşməyə başlayıb.
Ruzvelti dövlət təhlükəsizlik leytenantı (vəzifəsi: 1-ci kateqoriyalı kəşfiyyatçı sürücü) Fyodor Xodakov ölümdən xilas edib. O, fövqəladə vəziyyətə dərhal reaksiya verib və maşından yıxılan ABŞ prezidentini paltarından tutub yenidən maşına çəkib.
Qeyd edək ki, Krım konfransı adını almış bu konfransda qərara alınıb ki, Almaniya danışıqsız təslim olmalı və ərazisi işğal edilməlidir. SSRİ, ABŞ və Böyük Britaniyadan başqa Fransaya da işğal zonası verilməlidir.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ