İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ dövründə təyyarə qaçırmağa cəhd edən dissident İsraildə ölüb

SSRİ dövründə dostları ilə birlikdə təyyarəni qaçırmağa cəhd edən keçmiş sovet dissidenti Eduard Kuznetsov İsraildə ölüb.

Musavat.com xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Həmin hadisə 1970-ci ilin iyununda baş verib. SSRİ-də “məhdudlaşdırılmış” yəhudi olan Eduardın eyni millətdən olan və SSRİ-dən çıxmaları yasaqlanmış digər yəhudilərlə birlikdə Leninqrad - Priozersk - Sortavala reysi ilə uçan təyyarəni qaçırmağa cəhd edib. Onlar ümumilikdə 16 nəfər olublar və ələ keçirdikləri təyyarə ilə İsrailə uçmağı planlaşdırıblar. Lakin təyyarə havaya qalxmazdan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları onları birbaşa aerodromda saxlayıb.

Məhkəmənin hökmü ilə Kuznetsova ölüm cəzası kəsilib, ancaq sonra bu cəzanı 15 illik həbs cəzası ilə əvəz ediblər. 9 ildən sonra Kuznetsov və başqa bir qrup dissident xaricdə yaxalanmış sovet kəşfiyyatçıları ilə dəyişdirilib. Kuznetsov İsrailə gedib və orada jurnalistika ilə məşğul olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR