İnsanlara hürriyət, millətlərə istiqlal!

Şri-Lanka iqtisadi böhran səbəbindən ordusunun sayını azaldır

Şri-Lanka hökuməti ölkədəki iqtisadi və maliyyə böhranı səbəbindən silahlı qüvvələrin üçdəbirini ixtisar edərək onların sayını 135 min əsgərə qədər azaltmaq barədə qərar qəbul edib.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, ölkənin hakimiyyət orqanları 2030-cu ilə qədər ordunun sayını 100 min nəfərə endirməyi planlaşdırır. Bu il, həmçinin dövlət xərclərinin 5 faiz azalacağı elan olunub.

Son iki ildə Şri-Lanka müstəqillik əldə etdiyi 1948-ci ildən bəri özünün ən ağır iqtisadi böhranını yaşayır. Buna pandemiya ilə əlaqədar xarici turizmin azalması və valyuta ehtiyatlarının çatışmazlığı səbəb olub. Böhran fonunda hakimiyyət idxalı azaltmaq və resurslara qənaət etmək məcburiyyətində qalıb. Ölkənin 51 milyard dollarlıq xarici borcu iqtisadi böhranla mübarizəni daha da çətinləşdirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR