İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqunun komandası “BELƏ VURULUR” - FOTO

Xəbər verildiyi kimi, Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqunun gedişindən sonra Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsov həbs edilib.

Musavat.com xəbər verir ki, generalın tutulma səbəbləri ilə bağlı ilkin faktlar artıq bəlli olub.

O, “kommersiya strukturlarının nümayəndələrindən” xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Axtarış zamanı Kuznetsovdan 100 milyon rubl dəyərində valyuta götürülüb.

Bundan başqa, Şoyqunun digər müavinləri Krivoruçko və Tsalikov, həmçinin maliyyə məsələləri üzrə müavini Şevtsova da istefa verib.

Qeyd edək ki, adı çəkilən son 3 hərbçi daha çox rüşvət faktları ilə mətbuatın diqqətinə düşüblər. Tatyana Şevtsova bu yaxınlarda 50 illik yubileyini təntənəli şəkildə qeyd edibmiş. Onun qızıllarının say-hesabının olmadığı bildirilir.

SOYQU SON.jpeg (179 KB)

Müdafiə nazirinin təchizat məsələləri üzrə müavini Aleksey Krivoruçkonun isə ABŞ-da mülkü olduğu ortaya çıxıb. Üstəlik, onun uşaqlarının ABŞ vətəndaşlığı var. Krivoruçko ABŞ pasportu ilə “Miss Moskva-2001” titulunun qalibi Yekaterina Toropova ilə evlidir. Özü də ən azı 26 dəfə ABŞ-a səfər edib və Çexiyada biznes sahibi olub.

Ruslan Tsalikov isə nazirlikdə mənzil və tibbi yardım üzrə kuratorluğu həyata keçirib. Bu yaxınlarda Tsalikovun 4 milyard rubl dəyərində daşınmaz əmlakı olduğu müəyyən edilib. Bundan başqa, onun başqa şəxslərə gizli obyektlərə daxil olmaq icazəsi verdiyi iddia olunur. Bunun nəticəsində Müdafiə Nazirliyinin nüvə obyektləri ilə bağlı məlumatlar xaricə sıza bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR