İnsanlara hürriyət, millətlərə istiqlal!

Şotlandiya referendum keçirə bilməyəcək

Şotlandiya hökuməti və parlamenti Böyük Britaniya hökumətinin razılığı olmadan ikinci müstəqillik referendumunu təşkil edə bilməz.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Böyük Britaniyanın Ali Məhkəməsi bununla bağlı qərar qəbul edib.

Qeyd edək ki, Şotlandiyanın birinci naziri Nikola Stercen gələn ilin oktyabrın 19-da ikinci səsvermə ilə bağlı planlarını açıqladıqdan sonra iş məhkəməyə verilib.

Bununla bağlı iddia Krallıq vəkili Doroti Beyn tərəfindən təqdim olunub. Çərşənbə günü baş hakim lord Robert Con Ridin məsələ ilə əlaqədar qərarı açıqlanıb. Qərara əsasən, Şotlandiya parlamentinin Krallığın bu hissəsinin müstəqilliyi ilə bağlı referendumla əlaqədar qanun qəbul etmək hüququ yoxdur. Bu o deməkdir ki, Şotlandiya hökumətinin baş hüquqşünası müvafiq sənədləri yerli qanunvericilər tərəfindən baxılması üçün təsdiq edə bilməyəcək.

Britaniya Nazirlər Kabineti ölkənin şimalında ikinci plebisitin keçirilməsinə qarşıdır. Rəsmi London israr edir ki, müstəqillik məsələsi 2014-cü il referendumu ilə həll olunub. Həmin vaxt Şotlandiya xalqının 55%-i bölgənin Böyük Britaniyanın tərkibində qalmasına səs verib. Ayrılıq tərəfdarı olan Şotlandiya Milli Partiyası ikinci səsvermə üçün çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR