İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial şəbəkələr yeniyetmələrin psixikasını pozurmu?- Britaniya alimlərindən ARAŞDIRMA

Ümümdünya Səhiyyə Təşkilatının araşdırması üzə çıxarıb ki, dünyada yaşı 10-19 arası hər 7 yeniyetmədən biri psixi pozğunluqdan əziyyət çəkir və bütün psixi xəstəliklərin 50 faizi 14 yaşından başlayır.

Azpost.info xəbər verir ki, mütəxəssislər son 20 ildə psixi pozğunluğu olan gənclərin sayının artdığını, bunda sosial şəbəkələrin rolunun olduğunu bildirsələr də, London Universitet Kollecinin tədqiqatı ortaya fərqli nəticələr qoyub.

Tədqiqatçılar Britaniyada yaşayan 12-13 yaşlı yeniyetmələrin sosial mediada keçirdikləri vaxtı təhlil ediblər.

Yeniyetmələrdən “heç 1 saat da”, “7 saat və daha çox” cavablarından birini vermək istənilib. Cavablar müəyyən edildikdən sonra həmin uşaqların özünü dəyərləndirmə səviyyəsi və psixi sağlamlığına dair məlumatlar öyrəniıib. Nəticələr göstərib ki, sosial media yeniyetmələrdə psixi sağlamlıq problemlərinə səbəb ola bilməz.

“Journal of Medical Internet Research” jurnalında dərc olunan tədqiqatda 3 minə yaxın uşaq iştirak edib. Uşaqlar bir neçə il müşahidə altında olub.

“Tədqiqat müəllifləri sosial mediada daha çox vaxt keçirməyin Britaniyadakı yeniyetmələrin psixi sağlamlığına təsirinə dair heç bir sübut tapmayıblar. Bu araşdırma sosial medianın gənclərin psixi sağlamlığına əvvəllər düşünüldüyü kimi zərərli ola bilməyəcəyinə dair qənaət yaradır. Bununla belə, hesab edirik ki, sosial media gənclərin psixi sağlamlığına həm müsbət, həm də mənfi təsir göstərə bilər. Üstəlik, hələ də xeyli cavabsız suallar var”, – britaniyalı alimlər bildiriblər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR