Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Primorsk diyarında əhali etiraz aksiyalarına hazırlaşır.
Sakinlər səfərbərlikdən narazıdır. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Primorsk diyarının hakimiyyəti polis rejimini sərtləşdirməyə məcburdur: “Rusiyada gizli səfərbərliyə görə narazı və qəzəbli rusların sayı artır. Primorsk diyarında artıq əlavə təhlükəsizlik tədbirləri tətbiq edilir və polis rejimi gücləndirilir. Rusiyanın Vladivostok şəhərində hakimiyyət yerli əhali arasında mümkün etiraza hazırlaşır”.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatndakı “Canlı debat” verilişində tanınmış jurnalist-ekspert Fuad Abbasovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Musavat.com
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ