Onlayn ictimai-siyasi qəzet
Bu ilin sentyabr ayının sonundan etibarən Livandan Ermənistana 870 nəfər gəlib, lakin onlardan 460-ı artıq geri qayıdıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Diasporla İş üzrə Baş Komissarı Zare Sinanyan məlumat verib.
Sinanyan bildirib ki, Livan ermənilərinin kütləvi köçü hələ ki müşahidə olunmur. Livanda vəziyyət sentyabrın sonunda İsrailin ölkənin cənub bölgələrinə hava zərbələri endirməsi ilə gərginləşib.
“Sentyabrın 28-dən oktyabrın 20-dək Beyrutdan Ermənistana gələn 870 nəfərdən yalnız 410 nəfəri qalıb. Lakin hazırda Livandakı ermənilərin Ermənistana köçməyə böyük həvəsi yoxdur”, - deyə Sinanyan qeyd edib.
Ermənistanın daha çox Livan ermənisini qəbul etməyə hazır olub-olmaması ilə bağlı suala isə Sinanyan konkret cavab verməyib.
Musavat.com
08 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ