İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Zelenski elə bir MƏLUMAT AÇIQLADI Kİ... - VİDEO

Ukraynanın "Palyanitsa" uzunmənzilli raket-dronunun istehsalı il yarıma tamamlanıb.

Musavat.com-un xəbərinə görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski feysbuk səhifəsində məlumat verib.

“İki il yarım davam edən genişmiqyaslı müharibədə Rusiya Ukraynaya 10 minə yaxın müxtəlif tipli raket və 33 mindən çox tənzimlənən hava bombası atdı. Bu silahların daşıyıcılarına - Rusiya təyyarələrinə, hərbi aerodromlara zərbə endirməklə şəhərlərimizə hücumları dayandırmaq olar.

Dünən biz yeni silahımızdan - Ukraynanın "Palyanitsa" uzunmənzilli raket-dronundan ilk dəfə istifadə etdik".

Raket haqqında demək olar ki, bütün məlumatlar məxfiləşdirilib. Pilotsuz raketin uçuş məsafəsində onlarla Rusiya hərbi aerodromu var. "Palyanitsa" yerüstü platformadan buraxılacaq.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR