İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Yunanıstandan ACI TÜRKİYƏ ETİRAFI - Afina niyə narahatdır?

Türkiyənin müdafiə sənayesindəki irəliləyişləri addım-addım təqib edən Yunanıstan üçün ilk yerli və milli qısamənzilli ballistik raket “Tayfun”un sınaqdan keçirilməsi narahatlığı artırıb. Raketin mənzilinin adalar da daxil olmaqla Yunanıstan torpaqlarına qədər uzanması Afinada çaxnaşma mühiti yaradib, yunan qəzetləri Türkiyənin yeni silahlarına diqqət çəkib.

Musavat.com xəbər verir ki, Yunanıstanın “In.gr” xəbər saytının hazırladığı təhlildə Afinanın əsas probleminin hazırda türk silahlarının 80-85 faizini istehsal edən Türkiyə müdafiə sənayesinin sürətli inkişafı olduğu vurğulanıb.

Təhlildə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın bu açıqlamasına diqqət çəkilib:

WhatsApp Image 2022-10-24 at 14.43.52 (1).jpeg (39 KB)

"ROKETSAN şirkətinin öz texnologiyası ilə istehsal etdiyi bir raketdən bəhs edirik. "Tayfun"un mənzili Afinanı qorxutmuş ola bilər. Bunu açıq şəkildə söyləməliyik. Biz daha əvvəl 300 km-dən uzun yol qət edən çoxmənzilli qanadlı raketlər istehsal etmişdik".

"Türkiyə naziri yerli müdafiə sənayesinin imkanlarına toxundu və onların daha böyük layihələr üçün potensiala malik olduğunu bildirdi. Onun sözləri yanlış deyil” - yunan mediasının təhlilində bildirilir.

Prezident Ərdoğanın göstərişi ilə müdafiə xərclərinin 26 milyard avroya çatdırılacağını vurğulayan İn.gr, türk müdafiə sənayesinin artıq 700-dən çox müxtəlif layihə üzərində çalışdığını vurğulayıb:

WhatsApp Image 2022-10-24 at 14.43.52 (2).jpeg (92 KB)

“Böyük mənzərəyə baxdıqda "Tayfun" burada çox kiçik bir şeydir. Ankara indidən 1000 km-i keçəcək uzaqmənzilli raketlər üzərində işləyir”. 

Türkiyənin istehsal etdiyi döyüş sistemlərini, sualtı müdafiə vasitələrini, zirehli texnikanı, hücum helikopterlərini və raket sistemlərini bir-bir araşdıran xəbər saytı türk İHA-larının getdikcə populyarlaşdığını yazıb və acı etiraf edib:

"Türkiyə özünü güclü müdafiə sənayesi və qabaqcıl silahlarla qlobal gücə çevirmək planının üzərində işləyir. Yunanıstan isə hadisələri yaxından izləyir və dramatik şəkildə geri qalır."

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR