İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Türkiyənin razılığını ala bilmədilər - Bu ölkə B planı üzə HƏRƏKƏTƏ KEÇDİ

İsveçdə Quranın yandırılması Stokholmun NATO üzvlüyünə baha başa gəlib.

Musavat.com xəbər verir ki, NATO-suz dövrə hazırlaşan İsveçdə ölkə mətbuatı diqqətçəkən analiz dərc edib.

İsveçin NATO-suz dövrə hazır olması lazım olduğunu bildirən Aftonbladet qəzeti yazıb: “Əgər NATO bizi içəri buraxmaq istəmirsə, təhlükəsizliyimizi başqa yolla təmin etməliyik”.

Həmin xəbərdə İsveçin ABŞ ilə birbaşa müqavilələr bağlamalı və Böyük Britaniya ilə əməkdaşlıq etməli olduğu vurğulanıb. Anders Lindberq adlı jurnalistin yazdığı xəbərdə İsveçin bu addımlarla təhlükəsizlik probleminə həll yolu tapa biləcəyi vurğulanıb.

Bu addımları “B planı” kimi ümumiləşdirən isveçli jurnalist yazıb:

“Şəxsən mən hesab edirəm ki, biz NATO-ya üzvlük üçün B planını ciddi şəkildə müzakirə etməyə başlamazdan əvvəl bu yay Vilnüsdə keçiriləcək NATO sammitinə qədər gözləməliyik. Lakin sonra bunu etməyin vaxtı çatmalıdır”.

Lindberq Türkiyə və Macarıstanın İsveçin üzvlüyünü təsdiqləməməklə ölkəni aşağılamaq istədiklərini iddia edib.

642294984e3fe02c344ba9bf.jpg (64 KB)

Digər tərəfdən, Macarıstan aylar sonra Finlandiyanın NATO-ya daxil olmasını təsdiqləyib. Baş nazir Viktor Orbanın Fidesz partiyasının çoxluq təşkil etdiyi Macarıstan parlamentində keçirilən səsvermədə Finlandiyanın NATO-ya üzvlüyü 6-sı əleyhinə olmaqla 182 səslə təsdiqlənib. Fidesz Finlandiya ilə birlikdə NATO-ya üzv olmaq üçün hərəkət edən İsveç üçün daha sonra qərar veriləcəyini açıqlayıb.

Macarıstanın dövlət naziri Gergely Gulyas keçən həftə bildirib ki, İsveçin NATO-ya qəbulu, böyük ehtimalla, iyunun 15-dək davam edəcək parlament iclasında təsdiqlənəcək.

Xatırladaq ki, yanvar ayında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib və ifrat sağçı Stream Kurs partiyasının lideri Rasmus Paludan müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırıb.

NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveç terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq edəcəklərinə, terror təşkilatı PKK başda olmaqla, milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı Türkiyəyə hərtərəfli dəstək verəcəklərinə, o cümlədən PYD/YPG və FETÖ-yə dəstək verməyəcəklərinə söz verib.

Lakin terror təşkilatlarına qarşı lazımi addımları atmayan İsveç hələ ki Ankaranın razılığını ala bilməyib. Stokholm NATO-ya birlikdə müraciət etdiyi Finlandiyanın ondan əvvəl üzv olmaması lazım olduğunu hər fürsətdə dilə gətirir. İsveç mətbuatı uzun müddətdir ki, bunun ölkə üçün ən pis ssenari olacağını yazır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR