İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Türkiyənin paytaxtında da ZƏLZƏLƏ OLDU

Bazar ertəsi səhər Türkiyənin paytaxtı Ankarada zəlzələ qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar paytaxtın Etimesqut rayonunda 3,2 bal gücündə, 4,68 kilometr dərinlikdə baş verib. Çankaya bölgəsində, dövlət televiziyasının yaxınlığında yerləşən bəzi yaşayış binalarının sakinləri də titrəyişləri hiss ediblər.

Qeyd edək ki, bundan bir gün əvvəl, saat 19:55-də Türkiyədə 6,1 bal gücündə başqa bir zəlzələ baş vermişdi. Təxminən 20-30 saniyə davam edən həmin təkanlar barədə smartfon tətbiqləri zəlzələ başlamazdan bir neçə saniyə əvvəl xəbərdarlıq etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR