İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Türkiyə onlara rədd cavabı verdi: "Bir il cəhd etdilər, lakin..."

Türkiyənin milli imkanlarla inkişaf etdirilən “AKYA” Ağır Sinif Torpedo sursatının ilk döyüş başlığı atışı uğurla həyata keçirilib.

Musavat.com xəbər verir ki, ilk dəfə olaraq bu torpedo ilə hədəf dəniz platforması vurulub. AKYA torpedosu tərəfindən vurulan hədəf gəmisi çox qısa müddətdə batıb.

Roketsan şirkəti uzun müddətdir ki, “AKYA” Ağır Sinif Torpedo üzərində işlərini davam etdirir. Bu günə qədər 60-dan çox atış sınağı həyata keçirilən AKYA layihəsi çərçivəsində ilk dəfə olaraq hərb torpedosu ilə hədəf dəniz platforması vurulub. Zərbədən böyük ziyan görən hədəf gəmisi çox qısa müddətdə batıb. Bununla da AKYA layihəsi çox əhəmiyyətli bir mərhələyə çatıb.

“AKYA” Ağır Sinif Torpedo sayəsində Türkiyənin bu sahədə ABŞ istehsalı Mk-48 və Almaniya istehsalı DM2A4 torpedalarından asılılığı sona çatacaq. 

Mövzu ilə əlaqədar danışan təqaüdçü qərargah polkovniki Eray Güçlüer Türkiyədən bir ölkənin Milli Ağır Torpedo AKYA istədiyini açıqlayıb.

"Ad çəkməyəcəm, amma bir ölkə bizdən “AKYA” Ağır Sinif Torpedo sursatını almaq üçün bir il çalışdı, lakin Ankara onlara silah satmadı. Çünki silah siyasi balansları da dəyişə bilər. Türkiyə bu istiqamətdə bir qərar vermədi. Təəssüf ki, həmin ölkənin adını çəkməyəcəm" - Güçlüer deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR