Onlayn ictimai-siyasi qəzet
Fevralın 1-də Yakutiyanın “Gənclərlə İş və Sosial Kommunikasiyalar” naziri Petr Şamaev xüsusi hərbi əməliyyat bölgəsində ağır yaralanıb.
Musavat.com xəbər verir ki, nazir piyada əleyhinə minanın partlaması nəticəsində ciddi xəsarət alıb.
Hadisədən sonra Momon adlı hərbçi onu təhlükəli ərazidən çıxararaq 4 kilometr məsafə boyunca kürəyində daşıyıb. Şamaev daha sonra Belqoroddakı xəstəxanaya çatdırılıb.
Fevralın 5-də Moskvada əməliyyat olunan Şamaev sağ ayağının dizdən aşağı amputasiya edildiyini açıqlayıb. Onun bildirdiyinə görə, bu, keçirdiyi dördüncü cərrahi müdaxilədir.
Hazırda əlil arabasından istifadə edən nazir sağalma prosesinin müsbət istiqamətdə davam etdiyini vurğulayıb.
Musavat.com
01 Mart 2025
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ