İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Putin imzanı atdı - Rusiya liderindən YENİ FƏRMAN

 

Rusiya prezidenti Vladimir Putin yeni fərman imzalayıb.

Musavat.com xəbər verir ki, səfərbərlik haqqında qanunun 17-ci maddəsinin 4-cü bəndinə dəyişiklik edilməsi haqqında fərmanı imzalayan Putin keçmiş məhkumların ordu sıralarına qatılmasına şərait yaradıb.

Bu fərman cinsi təcavüz, zorlama, dövlətə xəyanət, casusluq, terror təşkilatlarına üzv olmaq, terror aktları, təyyarə qaçırma və nüvə materiallarından qeyri-qanuni istifadə kimi cinayətlərə görə məhkum olunmuş məhbuslara şamil olunmur.

Bundan başqa, qərara alınıb ki, səfərbərlik zamanı ağır cinayət törətməkdə təqsirli bilinən və hərbi xidmətdən yayınan şəxslər cəza müddətini başa vurduqdan sonra hərbi xidmətə çağırılsınlar.

Xatırladaq ki, Kiyev ordusunun əks hücumları davam etdirməsi və Ukrayna müharibəsində itirdiyi torpaqları geri almağa başlamasından sonra, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan etmiş, 300 min ehtiyat əsgərin orduya cəlb edilməsi haqqında fərman imzalamışdı.

Oktyabrın 28-də isə Rusiya Müdafiə Nazirliyi bəyanat yayaraq Rusiyada qismən səfərbərliyin başa çatdığını açıqlayıb. Buna baxmayaraq, könüllü hərbi xidmət üçün müraciətlər davam edir.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR