İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Netanyahunun ofisi TƏSDİQLƏDİ: 2-3 gün sonra BAŞLAYIR - DETALLAR

Baş nazir Benyamin Netanyahunun ofisi İsrail, Fələstinin “HƏMAS” hərəkatı, ABŞ və Qətər arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs barədə sazişin imzalanmasını təsdiqləyib.

Musavat.com-un “The Jerusalem Post”a istinadən məlumatına görə, saziş təhlükəsizlik nazirləri kabinetinin və hökumətin iclasında təsdiqlənəcək.

Səsvermə yanvarın 18-də keçiriləcək. Sazişin icrasına onun imzalanmasından iki-üç gün sonra başlanacaq və üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 42 gün davam edəcək.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında müəyyən ərazilərdən qoşunlarını çıxaracaq, bəzi sahələrdə məsafə məhdudiyyətləri qalacaq. İsrail, həmçinin Filadelfiya dəhlizindəki mövcudluğunu tədricən azaldacaq. Rəfah sərhəd keçid məntəqəsi razılaşmanın qüvvəyə minməsindən bir həftə sonra açılacaq və humanitar yardım məsələləri protokol çərçivəsində tənzimlənəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR