İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Netanyahunun ən böyük QORXUSU gerçək oldu

İsraildə mübahisəli məhkəmə islahatına qarşı etirazlar həftələrdir davam edir. İsrail prezidenti İsaak Hersoq üsyana səbəb olan islahatlarla bağlı qərar verib.

Musavat.com AP-ə istinadən xəbər verir ki, İsrail prezidenti Hersoq Netanyahunu məhkəmə sisteminin yenidən qurulmasını dərhal dayandırmağa çağırıb.

"Bütün dünyanın gözü sənin üzərindədir. Bütün ölkə narahatdır. Təhlükəsizlik, iqtisadiyyat, cəmiyyət, hər kəs təhlükə altındadır. İsrail xalqının gözü sənin üzərindədir. Yəhudilərin bütün nəzərləri sənin üzərindədir. Bütün dünyanın gözü sənin üzərindədir. İsrailin birliyi üçün məsuliyyət adı altında bu məhkəmə islahatını dərhal dayandırmağa çağırıram” - Prezident Netanyahuya deyib.

Ölkədəki böhrandan sonra Netanyahunun addımı maraqla gözlənilirdi...

İsrailin ictimai yayımçısı "Kan"ın məlumatına görə, Netanyahu koalisiya liderlərinə məhkəmə sistemində əsaslı dəyişiklik planlarını dayandıracağını deyib.

Netanyahu bu səhər çıxışını təxirə salıb. Jurnalistlərə verilən məlumata görə, Netanyahu planlaşdırılan dəyişiklikləri gecikdirəcəyini açıqlayacaq. Lakin koalisiya hökumətindəki ifrat sağçı partiyaların bu qərara qarşı çıxdığı bildirilir.

Bölgədəki prosesləri yaxından izləyən Əl-Cəzirə telekanalı ölkədə baş verənləri "İsrail hökuməti məhkəmə dəyişikliyi planı səbəbindən böhran içindədir" cümləsi ilə qiymətləndirib.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu məhkəmə sistemində planlaşdırılan dəyişikliklərə qarşı danışan müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad edib. Qalant işdən çıxarıldıqdan sonra on minlərlə insan küçələrə axışıb. Yerusəlimdə polis və əsgərlər Netanyahunun evinin yaxınlığında etiraz aksiyası keçirənlərə su şırnaqları ilə cavab verib.

Etirazçılar Netanyahunu diktator kimi davranmaqda və İsrailin təhlükəsizliyinə zərər verməkdə ittiham edirlər. Qalant Netanyahunun yaxın müttəfiqi kimi tanınırdı.

Musavat.com

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR