İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Mütəllim Rəhimli Ədalət Partiyasından çıxarılmasından danışdı

Ədalət Partiyasının Ali Məclisinin iclası keçirilib.

Partiya sədrinin səlahiyyətlərini icra edən, ali məclisin sədri Meydan Babayev gündəlikdə olan məsələləri elan etdikdən sonra qurultayın vaxtının və nümayəndəlik normasının müəyyənləşdirilməsi, qurultayın keçirilməsi üçün təşkilat komitəsinin yaradılması, partiya daxilində yaranmış vəziyyət və gələcək hədəflərdən bəhs edib.

Musavat.com Qaynarinfo-a istinadən xəbər verir ki, ali məclisin iclasının qərarı Ədalət Partiyasının qurultayının mayın 31-də keçirilməsi müəyyənləşib.

İclasda son vaxtlarda partiya daxilində yaranmış vəziyyətdə müzakirə olunub.

Həmçinin Mütəllim Rəhimovun iştirakı ilə onun son aylarda partiya daxilində subardinasiyaya əməl etməməsi, partiya daxilində regionçuluq təbliğatı aparması, nizamnaməyə zidd “ali məclis” in iclasını çağırması, ali məclis sədrinin səlahiyyətlərini mənimsəməsi, ali məclisin üzvü olmaya-olmaya iclası aparması, sədrin nizamnaməyə uyğun tətbiq etdiyi veto hüququna məhəl qoymaması halları gündəmə gətirilib.

Eyni zamanda uzun müddət partiyanın təşkilatlanma prosesinin qarşısını məqsədyönlü şəkildə alaraq, nizamnamənin kobud şəkildə pozulduğu qeyd olunub.

Törədilən nizamnamə pozuntularının ağır xüsusiyyətləri nəzərə alınaraq, siyasi şurada Rəhimov Mütəllim Qara oğlunun Ədalət Partiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul olunub.

Qərar Meydan Babayevin təklifi ilə Ədalət Partiyasının Ali Məclisində səsə qoyulub və dəstəklənib.

Mütəllim Rəhimli APA-ya açıqlamasında deyib ki, Ədalət Partiyası aprelin 19-da Ali Məclisin iclasını keçirib və müvafiq qərarlar qəbul edib.

Ali Məclis Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması haqqında qərar qəbul edib:

“Çünki Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və bütün səlahiyyətlər də Təşkilat Komitəsinə keçib. Bir neçə şəxsin yenidən Ali Məclisin iclasını keçirmək səlahiyyəti yoxdur. Bu hərəkətlər Nizamnaməyə ziddir. Mən Ədalət Partiyasının yaradıcılarından biri olmuşam. Onlar məni üzvlükdən çıxara bilməzlər. Həm də ki, partiya üzvü olmayan, qohum və dostlarını xahiş-minnətlə, yalvarışla toplayıb partiya adından “qərar” vermək əxlaqa və qanuna ziddir. Bu, özfəaliyyətdir.

Onların evlərində verdikləri qərarın partiya həyatına nə dəxli var? Mən soruşuram, orada rayon təşkilatlarının nümayəndələri iştirak etmədiyi halda necə qərar vermək olar və yaxud bu yığıncağın adı nə olacaq? Siyasi Şura olmadığı halda o necə qərar verir? Həm də Nizamnaməyə görə partiya üzvünü rayon təşkilatı üzvülükdən çıxara bilər. Rayon Təşkilatının isə belə bir qərarı yoxdur. Rayon təşkilatlarının təmsilçilərinin iştirakı ilə Ali Məclis keçirilib və onun qərarları da yerinə yetirilir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR