İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Lukaşenko Ermənistana XƏBƏRDARLIQ etdi

Belarus prezidenti Aleksandr Lukaşenko Nikol Paşinyan hökumətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı mövqeyindən bəhs edib.

Musavat.com bildirir ki, Lukaşenko Ermənistan tərəfinin KTMT-yə üzvlüklə bağlı verdiyi bəyanatlara “tamamilə sakit” reaksiya göstərdiyini açıqlayıb.

“Biz buna tamamilə sakit reaksiya veririk. Əgər onlar KTMT-də olmaq istəmirlərsə, o, dağılmayacaq, məhv olmayacaq”, - Belarus prezidenti seçkilərdə səs verdikdən sonra bildirib.

Eyni zamanda, Aleksandr Lukaşenko bununla bağlı İrəvandan hələlik heç bir rəsmi bildirişin daxil olmadığını vurğulayıb.

Lukaşenko məsələ ilə bağlı erməni tərəfinə “tələsməməyi və qəfil hərəkətlər etməməyi” tövsiyə edib.

“Təşkilatdan çıxmaq asandır. Amma sonra quruma girmək çətin olacaq. Çıxmaq, nəyisə dondurmaq lazım deyil”, - deyə Belarus prezidenti bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR