İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Kəşfiyyat məlumatları AÇIQLANDI - Rusiyanın məqsədi...

Ukrayna Rusiyanın işğalı altında olan Donetsk bölgəsinə edilən raket hücumunda 400-ə yaxın rus əsgərinin öldüyünü iddia etsə də, Rusiya hücumda 63 hərbçinin öldüyünü açıqlayıb.

Musavat.com xəbər verir ki, hücumla Makyivka şəhərində Rusiya qüvvələrinin yerləşdiyi güman edilən bina hədəfə alınıb.

Müdafiə Nazirliyinin açıqlamasında Yeni il günü baş verən hücumda Himars raketlərindən istifadə edildiyi və Makiyivka şəhəri yaxınlığındakı peşə məktəbinin dağıdıldığı bildirilib. Nazirlik qeyd edib ki, bu məktəbdə müvəqqəti olaraq əsgərlər yerləşdirilib.

Rusiyanın nəzarətində olan şəhərin rəsmiləri bildiriblər ki, əsgərlər mobil telefondan istifadə etdiyi üçün bina hədəfə alınıb.

Ukrayna prezidenti Volodimir Zelenskidən diqqətçəkən açıqlama gəlib.

63b3b1dc4e3fe1171c7cbfb8.jpg (64 KB)

Zelenski bildirib ki, Rusiya uzun müddətdir pilotsuz uçuş aparatı (PUA) hücumlarını davam etdirməklə Ukrayna xalqını ruhdan salmaq istəyir.

Son kəşfiyyat məlumatlarına görə, Moskvanın İran istehsalı "Shahed" tipli PUA-larla daha çox hücumlar həyata keçirməyi hədəflədiyini bildirən Zelenski Rusiyanın məqsədinin Ukraynanı “qorxutmaq” olduğunu ifadə edib:

“Biz dözməli və bunun üçün hər şeyi etməliyik. Terrorçular başqa məqsədlərinə çata bilmədikləri kimi, buna da nail ola bilməyəcəklər. İndi hər kəs daha diqqətli olmalıdır”.

Zelenskinin bəyanatı Ukraynanın Donbas bölgəsində çoxlu sayda rus əsgərini öldürdükdən sonra verilib.

Qeyd edək ki, Rusiya son vaxtlar Ukraynaya qarşı dron hücumlarını artırıb. Son üç gündə şəhərlərdə elektrik şəbəkələri hədəfə alınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR