Onlayn ictimai-siyasi qəzet
Türkiyənin İstanbul şəhərində yerli vaxtla saat 23:36-da zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar İdarəsi – AFAD rəsmi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri İstanbulun Böyükçəkmecə rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 4 bal, dərinliyi isə 28 kilometr olub.
AFAD-ın məlumatına görə, zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı qeydə alınmayıb. Zəlzələnin gücünün nisbətən zəif olması bu cür nəticələrin baş verməməsi ilə izah olunur.
Hazırda hadisə ilə bağlı ətraflı araşdırma aparılır.
Musavat.com
21 May 2025
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ