Onlayn ictimai-siyasi qəzet
Aprel ayında vəfat edən Papa Fransiskin yerinə gələcək şəxs üçün seçki prosesi və ya konklav mayın 7-də başlayacaq. Əsrlər boyu davam edən ənənələrlə dolu bu prosesin sonunda səslərin üçdə ikisini alan namizəd Papa olacaq.
Musavat.com bildirir ki, papanın seçilməsi ilə iş bitmir. Yeni papanın özünə ad seçməsi də özlüyündə bir hadisədir.
Bəs yeni papanın adı nə olacaq? 10-cu əsrdən bəri baş verməyən bir ilkin şahidi ola bilərikmi?
Papanın özü üçün seçəcəyi ad simvolik baxımdan çox önəmlidir. Çünki bu ad bu papanın 1,4 milyard üzvü olan Katolik Kilsəsinin başında olduğu müddətdə göstərəcəyi rəftar və siyasətlərin müjdəçisi hesab olunur.
Durham Universitetinin Katolik Araşdırmalar Mərkəzində katoliklik tarixi üzrə tədqiqatçı Liam Templ bildirib ki, yeni papa Fransisin başlatdığı islahat təşəbbüslərini davam etdirsə, XIII Leo-ya istinad edərək Leo adını ala bilər. XIII Leo sosial ədalətə, gəlir bərabərliyinə və iş təhlükəsizliyinə sadiqliyi ilə tanınan bir papa idi.
Templin irəli sürdüyü başqa bir ad İnnocentiusdur. O qeyd edib ki, bu ad korrupsiyaya son qoymağa çalışan XIII İnnokentə istinad ola bilər.
Papa Fransisk argentinalı idi. Yeni papanın Afrika, Latın Amerikası və Karib hövzəsi, İsrail, Yaponiya və Cənubi Koreya, Asiya, Avstraliya və Yeni Zelandiya istisna olmaqla Okeaniyanı əhatə edən Qlobal Cənub ölkələrindən ola biləcəyi güman edilir.
Templ qeyd edir ki, bu ehtimal doğru olarsa, Afrika mənşəli ilk papaların, Gelasius, Miltiades və ya Viktorun adları da seçilə bilər.
Əsrlər boyu istifadə edilən papa adlarının bəziləri dəfələrlə təkrar olunsa da, onlardan 44-ü yalnız bir nəfər tərəfindən mənimsənilib. Bunun ən son nümunəsi Papa Fransiskdir.
Templ yeni papanın unikal ad seçmək seçiminin "böyük tarixi nəticələrə səbəb olacağını" deyib və əlavə edib: "Təxminən 1100 il əvvəl, 10-cu əsrdə bir ildən az papa olan Landusdan sonra belə bir şey baş verməyib". (Ensiklopedik mənbələr Landusun 913-cü ilin sentyabrından 914-cü ilin martında ölümünə qədər papa olduğunu bildirirlər.)
Papa II İohann Pavel xəstələrə xeyir-dua verir
Bundan başqa, papalıq tarixində ən məşhur ad John/Jean idi, 21 papa bu seçib. Bu adı götürən son papa 23-cü İohann olub.
Gregory 16 dəfə, Benedict 15 dəfə, Klement 14 dəfə, Innocents və Leo 13 dəfə, Pius isə 12 dəfə istifadə edilib. Lakin XVI Benedikt antipapa elan edilərkən (Papanın papalığını qəbul etməyərək özünü papa elan etmiş şəxs) taxtdan endiriləndə Benedikt adlı papaların nömrələnməsində çaşqınlıq yaranmışdı.
Bəs yeni papanın adı necə elan ediləcək?
Müqəddəs Pyotr Bazilikasının zəngləri çalındıqdan sonra yeni seçilən papanın adı latın tələffüzü ilə dünyaya elan ediləcək.
Böyük kardinal diakon iki keşişin müşayiəti ilə Müqəddəs Pyotr Bazilikasının eyvanına çıxacaq və simvolik ifadəni deyəcək: “Habemus Papam” və ya “Bizim Papamız var”.
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ