İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya soyuducu adı ilə Çindən dron mühərrikləri alırmış

Rusiya Çin istehsalı olan dron mühərriklərini sənəddə “sənaye soyuducu qurğuları” kimi göstərərək alır.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, Avropa xüsusi xidmət orqanlarındakı üç mənbəyə əsasən, bu avadanlıqlar saxta şirkətlər vasitəsilə ölkəyə gətirilir.

Mühərriklərin İjevskdə yerləşən və “Harpia-A1” adlı pilotsuz uçuş aparatları istehsal edən “Kupol” zavoduna göndərildiyi bildirilir. Detalların Çindən tədarükü oktyabr ayından etibarən “China Southern” və “Sichuan Airlines” aviaşirkətləri ilə həyata keçirilir.

Bu sxem vasitəsilə Çin ixrac nəzarətindən və Qərbin sanksiyalarından yan keçmək mümkün olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR