Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün axşam saatlarında TUSAŞ-da baş verən terror hücumu ilə bağlı Kazana səfərini yarımçıq qoyaraq oktyabrın 24-ü səhər ölkəyə qayıdacaq.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumatda bildirilib ki, prezidentin oktyabrın 24-də Kazanda planlaşdırılan görüşləri də təxirə salınıb.
Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub. 22 nəfər yaralanıb.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ