Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın cənub bölgəsində zəlzələ olub.
Musavat.com xəbər verir ki, zəlzələ Masallı-Cəlilabad rayonlarının sərhədində 4.9 maqnitudada olub. Yeraltı təkanlar 13 km dərinlikdə baş verib.
Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala yaxın hiss olunub.
Azərbaycan Seysmoloji Xidmətindən Musavat.com-a verilən məlumata görə, yeraltı təkanlar bəzi cənub rayonlarında, o cümlədən Yardımlı, Beyləqan rayonlarında da hiss olunub.
***
Seysmoloji Xidmətdən verilən məlumata görə, zəlzələdən sonra afterşok qeydə alınmayıb.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ