İnsanlara hürriyət, millətlərə istiqlal!

Son dəqiqə! Almaniyaya getməyin: yeni hökumət mühacirləri sevmir və qovacaq

Almaniyada yeni koalisiya hökuməti miqrasiya siyasətini sərtləşdirməyə hazırlaşır. Xristian-Demokrat İttifaqının (XDS) lideri Fridrix Mersin təklif etdiyi plan artıq Avropada dəstək qazanır. İlk olaraq Avstriya bu təşəbbüsə müsbət reaksiya verib və qeyri-qanuni miqrantların geri qaytarılması prosesində Almaniya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, Avstriyanın kansleri Kristian Ştoker BILD qəzetinə müsahibəsində bildirib ki, Almaniyanın sərt tədbirlər görmək qərarı sevindirici xəbərdir. Onun sözlərinə görə, Avstriya uzun müddətdir Aİ-nin xarici sərhədlərinin daha ciddi qorunmasını tələb edir, çünki bu, Avropa ölkələrinin daxili sərhədlərinə düşən yükü azaldır.

Ştoker əlavə edib ki, əgər Avstriyadakı miqrantların sayı yenidən artmağa başlasa, hökumət mühacirətə fövqəladə məhdudiyyətlər tətbiq edəcək və sığınacaq hüququnun qüvvəsini müvəqqəti dayandıra bilər. O, həmçinin vurğulayıb ki, Almaniya qeyri-qanuni miqrantları kütləvi şəkildə geri qaytarmağa başlasa, Avstriya buna sürətli reaksiya verəcək.

Mersin planına əsasən, Almaniya artıq təhlükəsiz sayılan Avstriya və Fransa kimi Aİ ölkələrindən gələn bütün mühacirlərə sığınacaq verməkdən imtina edəcək. Berlində ümid edirlər ki, bu addım Avropada “domino effekti” yaradacaq və qeyri-qanuni miqrasiya dalğasının qarşısını alacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR