İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! ABŞ-dan mühüm TÜRKİYƏ qərarı - Ankara üçün yaşıl işıq yandırıldı

ABŞ Dövlət Departamenti F-16 döyüş təyyarələri üçün taktiki məlumat bağlantısı (TDL) sistemi olan Link-16 modernləşdirmə dəstlərinin Türkiyəyə satışını təsdiqləyib.

Musavat.com xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, ABŞ və Türkiyənin dərin müdafiə və təhlükəsizlik əlaqələri var və Türkiyə NATO-nun qarşılıqlı fəaliyyətində mühüm rol oynayır.

ABŞ-ın bu qərarı dünya mətbuatında geniş işıqlandırılıb. Bloomberg yazıb ki, “ABŞ Dövlət Departamenti Türkiyə üçün 259 milyon dollarlıq F-16 təkmilləşdirməsini dəstəkləyir”.

“Türkiyə alyansın yeni üzvü kimi İsveçə müqavimət göstərməkdə davam edir” deyən Bloomberg yeni F-16-nın satışının gözlənildiyini yazıb.

Channel News Asia şərh edib ki, "F-16-nın modernləşdirilməsi razılaşması Türkiyənin Finlandiyanın NATO hərbi alyansına qoşulmasını təsdiqləməsindən və gələn ay Türkiyədə keçiriləcək seçkilər ərəfəsində Türkiyə ilə qonşusu Yunanıstan arasında gərginliyin azaldılması əlamətlərindən sonraya təsadüf edir".

ABŞ-ın bu addımı Yunanıstan mətbuatında da geniş işıqlandırılıb.

In.gr saytı Bayden administrasiyasının bu addımını “Türkiyəyə hədiyyə” kimi qiymətləndirib. Məqalədə aşağıdakı ifadələr yer alıb:

“Finlandiyanın NATO üzvlüyünü bu yaxınlarda ratifikasiya etməsi və Ankara ilə Yunanıstan arasında gərginliyin azaldığına dair açıq işarələr nəzərə alınmaqla, bu paket ABŞ-ın Türkiyəyə hədiyyəsidir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR