Onlayn ictimai-siyasi qəzet
Son 24 saat ərzində, sentyabrın 30-dan oktyabrın 1-dək Rusiya silahlı qüvvələri cəbhədə 920 əsgər itirib. Ukrayna Silahlı Qüvvələri həmçinin 13 artilleriya sistemi və 249 pilotsuz uçan aparat (PUA) məhv edib.
Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.
Sentyabrın 30-u axşam saatlarına qədər 137 döyüş toqquşması baş verib. Rusiya ordusu demək olar ki, bütün istiqamətlərdə hücuma keçib, lakin ən çox döyüş 42 hücumla Pokrovski istiqamətində qeydə alınıb.
Baş Qərargahın məlumatına görə, Rusiya ordusu Vladimirovka, Nikanorovka, Rodinskoye, Krasnıy Liman, Novoekonomiçnoe, Mirolyubovka, Luç, Lisovka, Pokrovsk, Zverevo, Kotlino, Udaçnoye, Molodetskoye, Orexovoye və Filial yaşayış məntəqələrinə hücum edib.
Musavat.com
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ