Onlayn ictimai-siyasi qəzet
Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğraması aviasiya nəqliyyatında təhlükəsizliyi barədə bir sıra məsələləri qabardır. Xatırladaq ki, qəza nəticəsində ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.
Son yarım əsrdə aviasiya nəqliyyatı müasir dövrün ən təhlükəsiz nəqliyyat növlərindən birinə çevrilsə də, ölümlə nəticələnən aviasiya qəzaları hələ də tamamilə aradan qalxmayıb.
Musavat.com son 10 ildə dünyada baş verən aviaqəzaları təqdim edir:
2024-cü il aviasiya qəza göstəricilərinə görə son onilliyin ən yüksək rəqəmlərinə malikdir. Qlobal miqyasda baş verən 16 qəza və bu hadisələr nəticəsində, dekabrın 25-də Aktauda "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysi həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində itkiləri nəzər almasaq, həyatını itirən 196 nəfər, təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsinə baxmayaraq, risklərin qalmaqda olduğunu bir daha göstərir. Statistik məlumatlar, aviasiya sahəsində insan faktoru, texniki nasazlıqlar və bəzi hallarda baş verən təxribatların təhlükəsizlik üçün hələ də ciddi təhdid olduğunu göstərir. Lakin bu gün Aktauda baş verən hadisə bir daha göstərdi ki, təyyarədə olan sərnişinlərin yarısından çoxunun sağ qalması AZAL heyətinin peşəkarlığının bariz nümunəsidir.
Ötən il dünya üzrə 7 (qurbanların sayı 111 nəfər), 2022-ci ildə 3 (168 nəfər), 2021-ci ildə 4 (158 nəfər), 2020-ci ildə 5 (320 nəfər), 2019-ci ildə 4 (229 nəfər), 2018-ci ildə 5 (399 nəfər), 2017-ci ildə 2 (41 nəfər), 2016-ci ildə 10 (348 nəfər), 2015-ci ildə 6 (583 nəfər) və 2014-cü ildə 14 (1 143 nəfər) avia qəza baş verib.
Son on ilin ən dəhşətli qəzalarından biri 2014-cü ildə Ukraynanın Donetsk vilayətində baş verib. "Buk-M1" zenit-raket kompleksi ilə Malayziya Hava Yollarına məxsus "Boeing 777" sərnişin təyyarəsi vurulub və nəticədə 298 nəfər həlak olub.
2024-cü ildə aviasiya təhlükəsizliyi bəzi göstəricilər üzrə yaxşılaşmış olsa da, risklər son beş ilin orta səviyyəsindən yüksək olaraq qalır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesabatına əsasən, bədbəxt hadisələrin əmsalı hər milyon uçuşa 1,21 qəza təşkil edib, bu da hər 830 min uçuşa bir qəza deməkdir. Bu göstərici 2021-ci ilin 1,13 əmsalından (hər 890 min uçuşa bir qəza) yüksəkdir, lakin son beş ilin orta göstəricisi olan 1,26-dan (hər 810 min uçuşa bir qəza) aşağıdır.
Beş illik dövr üçün orta qəza əmsalı reaktiv mühərrikli təyyarələr üçün 0,16 və turbopropeller təyyarələr üçün 1,12-dir. 2023-cü ildə dünya üzrə 32,2 milyon uçuş həyata keçirilib. Bu, əvvəlki ilin 25,7 milyon uçuşu və son beş ilin orta hesabla 34,4 milyon uçuşu ilə müqayisədə yüksək göstəricidir.
Statistikaya görə, qəzaya düşmək ehtimalı çox azdır. İnsan hər gün uçsa belə, ölümlü qəzaya düşmək ehtimalı üçün 25,2 min ildən çox vaxt lazımdır.
Son illərdə aviasiya təhlükəsizliyi üzrə ciddi irəliləyişlər olsa da, texniki nasazlıq, insan səhvləri və bəzi hallarda təxribat qəzaların əsas səbəbi olaraq qalır. Statistik göstəricilər bu sahədə tədbirlərin daha da gücləndirilməsinin vacibliyini göstərir.
Son 10 ildə dünyada ən çox insan tələfatına səbəb olan aviasiya qəzalarına nəzər salaq: (report.az)
İl |
Qəza yeri |
Təyyarə |
Ölkə |
Qəzanın Səbəbi |
Qurban sayı |
2024 |
Braziliya |
ATR 72-212A |
Braziliya |
Qalxdıqdan sonra, təxminən 5,2 km hündürlükdə uçarkən, yastı burulğana düşüb və San Paulo hava limanından 76 kilometr məsafədə yerləşən Vinhedo bələdiyyəsində yerə çırpılıb |
62 |
2023 |
Nepal |
ATR 72 |
Nepal |
Şəhər yaxınlığında çay dərəsində qəzaya uğrayıb |
72 |
2022 |
Çin |
Boeing 737 |
Çin |
Dağlıq ərazidə qəzaya düşüb |
132 |
2021 |
Filippin |
Herkules C-130 |
Filippin |
Uçuş-eniş zolağının hüdudlarından kənara çıxıb |
52 |
2021 |
İndoneziya |
Boeing 737-524 |
İndoneziya |
Suya dəyərkən parçalanıb |
62 |
2020 |
Pakistan |
Airbus SE A320 |
Pakistan |
Yaşayış məntəqəsində eniş zamanı qəzaya uğrayıb |
97 |
2020 |
İran |
Boeing 737 |
Ukrayna |
Təyyarə Tehranın yaxınlığında İranın HHM tərəfindən vurulub |
176 |
2019 |
Efiopiya |
Boeing 737 |
Efiopiya |
Bişoftu (Debre Zeyt) şəhəri yaxınlığında qalxdıqdan sonra qəzaya uğradı |
157 |
2018 |
İndoneziya |
Boeing 737 Max |
İndoneziya |
Qərbi Yava sahillərində suya çırpılaraq parçalanıb |
185 |
2018 |
Kuba |
Boeing 737 |
Kuba |
Qalxdıqdan sonra qəzaya uğrayıb |
104 |
2018 |
Rusiya |
An-148 |
Rusiya |
Domodedovo hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra radar ekranlarından yoxa çıxıb |
71 |
2016 |
Rusiya |
Tu-154 |
Rusiya |
Qara dəniz üzərində Soçidən Suriyaya uçuş zamanı radarlardan yoxa çıxıb |
92 |
2015 |
Misir |
Airbus A321 |
Rusiya |
Radarların ekranından yox olub və qəzaya uğrayıb. |
224 |
2015 |
İndoneziya |
Hercules C-130 |
İndoneziya |
Texniki nasazlıq. Qalxdıqdan sonra yerə düşüb |
116 |
2015 |
Fransa |
Airbus A320 |
Almaniya |
Kəskin hündürlük itkisi. Fransanın cənubunda Alp dağlarında qəzaya uğrayıb |
150 |
2014 |
İndoneziya |
Airbus A320-200 |
İndoneziya |
Radarın ekranından yox olub. Pis hava şəraiti səbəbindən qəzaya düşüb |
162 |
2014 |
Niger (Saxara) |
McDonnell Douglas MD-83 |
Əlcəzair |
Saxara səhrasında qəzaya uğrayıb. |
116 |
2014 |
Ukrayna |
Boeing 777 |
Ukrayna |
Donetsk vilayətində "Buk-M1" zenit-raket kompleksindən 10 km hündürlükdə terrorçular tərəfindən "yer-hava" raketi ilə vurulub. |
298 |
2014 |
Hind okeanı |
Boeing 777-200 |
Malayziya |
Kuala Lumpurdan Pekinə uçan təyyarə aviasiya dispetçerlərinin radarlarından itib |
239 |
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ