Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Olaf Şolts Çinə səfərə gedib.
APA “Reuters“ə istinadən xəbər verir ki, Şolts bir günlük səfəri çərçivəsində Pekində Çin lideri Si Cinpinlə görüşüb.
Çinin CCTV telekanalının məlumatına görə, liderlər arasında baş tutan ilk təkbətək görüş zamanı Si Cinpin qeyd edib ki, böyük nüfuza malik Almaniya və Çin dünyada sülh naminə daha çox birgə işləməlidirlər.
“Hazırda beynəlxalq vəziyyət mürəkkəb və dəyişkəndir. Çin və Almaniya böyük və nüfuzlu ölkələr olaraq, dünyada sülh və inkişafa töhfə vermək məqsədilə hazırkı dəyişiklik və qarışıqlıq dövründə daha çox birgə işləməlidirlər”, - deyə Cinpin bildirib.
Şolts da öz növbəsində gərgin dövrlərdə liderlərin görüşünün yaxşı olduğunu qeyd edib və Rusiyanın Ukraynanı işğal etməsinin qaydalara əsaslanan qlobal nizama problemlər yaratdığını vurğulayıb.
Şolts Cinpinlə Avropa-Çin əlaqələri, iqlim dəyişikliyi və qlobal aclıqla ilə mübarizə, Çin-Almaniya iqtisadi əlaqələrinin inkişaf etdirilməsi kimi mövzuları müzakirə edəcəyini qeyd edib.
Qeyd edək ki, Şolts pandemiyadan sonra Çinə səfər edən ilk G7 ölkəsi lideridir.
14 Oktyabr 2024
01:40 Bakıdan qovulan İran mollası Cəmkəranda ortaya çıxdı və Livana yavan çörək təklif etdi - VİDEO
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ