İnsanlara hürriyət, millətlərə istiqlal!

Şols Putinin müsahibəsini “gülünc” adlandırdı

Almaniya kansleri Olaf Şols Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsini gülünc adlandırıb. O, bunu ABŞ prezidenti Co Baydenlə görüşü zamanı deyib.

Görüşün Ağ Evin saytında dərc olunan stenoqramında qeyd edilir: “Biz Putinlə gülünc müsahibəni gördük. O, həmişə bu müharibənin tarixi ilə bağlı çoxlu yalanlar danışır.

Almaniyalı siyasətçi X sosial şəbəkəsindəki səhifəsində də eyni tezislə çıxış edib və Ukraynanı dəstəkləməyin zəruriliyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR