Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Gürcüstanda dövlət çevrilişi təşkil etmək istəyir.
Bu fikri amerikalı keçmiş kəşfiyyatçı Skot Ritter deyib.
Ritter əmindir ki, Gürcüstanda iğtişaşlar tədricən artacaq və payıza qədər davam edəcək.
“İdeya “Gürcü Arzusu” Partiyasını süquta sürükləməkdir ki, oktyabrda keçiriləcək seçkilər zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin təxribatçıları qalib gəlsin”, - ekspert bildirib.
ABŞ kəşfiyyatçısının sözlərinə görə, hazırda Gürcüstanda Amerika kəşfiyyatçılarının dövlət çevrilişi cəhdini müşahidə etmək olar.
Ritter deyib ki, polis ehtiyatlı davransa da, etirazçılar hələ də onlara daş atırlar. Ekspert xəbərdarlıq edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları sərt cavab verməyə başlasa, bu, küçələrdə gərginliyin artmasına səbəb ola bilər.\\"Report"
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ