İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK İDDİA! ABŞ İranla razılığa hazırlaşır - Bu şəxsi devirəcəklər

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu ölkədəki etirazları ABŞ-ın maliyyələşdirdiyini iddia edib.

Musavat.com xəbər verir ki, Yairin fikrincə, İsraildəki etirazların arxasında ABŞ Xarici İşlər Nazirliyi dayanır.

O bildirib ki, Vaşinqtonun məqsədi Netanyahunu devirmək və iranlılarla razılaşmaqdır.

64216bb84e3fe1081c562c21.jpg (81 KB)

Yeni qanun layihəsi öz vəzifələrini yerinə yetirə bilməyən siyasətçilərin vəzifələrindən uzaqlaşdırılmasını çətinləşdirir.

Korrupsiyada ittiham olunan Netanyahunun bu qanun layihəsini öz xeyrinə hazırladığı iddia edilir.

Qanun layihəsi, həmçinin hökumətə hakimləri təyin edən komitəyə tam nəzarət etməyə imkan verir.

Bildirilir ki, Ali Məhkəmənin qərarlarının parlament tərəfindən aşılmasına səbəb ola biləcək qanun layihəsi məhkəmə hakimiyyətinin gücünü zəiflədəcək.

sheikh-jarrah.jpg (177 KB)

Netanyahu isə qanun layihəsinin məhkəmələrin səlahiyyətlərini aşmasının qarşısını almaq üçün hazırlandığını bildirir.

ABŞ cəbhəsində isə Ağ Ev İsraildə baş verənlərdən narahat olduqlarını və tərəflərin ən qısa zamanda razılığa gəlməsi lazım olduğunu bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR