Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Ukrayna ilə bağlı danışıqlardan kənarlaşdırılıb.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.
Görüşlərin ən fəal iştirakçıları dövlət katibi Marko Rubio, Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və Amerika liderinin Yaxın Şərqdəki nümayəndəsi Stiven Vitkoffdur.
Bu barədə qəzetə Ağ Ev rəsmiləri məlumat verib.
"Buna misal olaraq, hazırda Səudiyyə Ərəbistanında amerikalılarla ukraynalılar arasında aparılan danışıqları göstərmək olar: Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi niyə Ukrayna ilə danışıqlarda iştirak etmir?" - deyə xəbərdə bildirilir.
Qəzet əlavə edir ki, Kit Kelloq hazırda ABŞ prezidentinin administrasiyasının nəzarəti altındadır, onun Donald Trampın komandasındakı rolu tam aydın deyil.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ