İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK ƏMƏLİYYAT:13 milyardlıq mülk müsadirə edildi (ANBAAN VİDEO)

Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya canlı yayımda beynəlxalq cinayət təşkilatlarına qarşı böyük əməliyyat keçirildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, "Orkinos-BULUT" adı verilən əməliyyat zamanı "10-u qırmızı bülletenlə axtarışda olan 234 adamın nəzarətə alındığını açıqlanıb.

"13 milyard lirəlik mal-mülk ələ keçirilib. 5 ölkədə narkotik tacirlərinə ağır zərbə vurduq",-deyə nazir açıqlamasında bildirib. 

Cinayətkar təşkilatın 9-u xaricdə, 225-i Türkiyədə olmaqla 234 nəfər saxlanılıb.

Şübhəlilərin 681-i daşınmaz əmlak, 127-si nəqliyyat vasitəsi, 113 şirkətdəki ortaqlıq payları və bank hesabları da daxil olmaqla, təxminən 13 milyard lirə dəyərində aktivləri müsadirə edilib.

Ali Yerlikaya bildirib ki, bu əməliyyat üçün 8 aydır hazırlıq gedir. 

Sözügedən əməliyyatın görüntülərini təqdim edirik.

Musavat.com

Uluslararası suç örgütlerine operasyon! 13 milyar TL mal varlığına el konuldu

Uluslararası suç örgütlerine operasyon! 13 milyar TL mal varlığına el konuldu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR