İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK AÇIQLAMA: "Futbolun Ronalduya ehtiyacı yoxdur"

"Futbolun Ronalduya DÇ-2026-da ehtiyacı yoxdur. Məncə, onun futboldan getmək vaxtı bir az əvvəl gəlib və o, başqalarına fürsət verməlidir".

Bu sözləri "Çelsi" və Hollandiya yığmasının sabiq futbolçusu Cimmi Floyd Hasselbaynk deyb.

O, Portuqaliya milli komandasında və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayan 40 yaşlı Kriştiao Ronaldunu sevdiyini bildirsə də, futbolla vidalaşmağın lazım gəldiyini diqqətə çatdrıb: "Əgər mənə "Messi, yoxsa Ronaldu" sualını versəniz, cavabım qəti olacaq: Ronaldu! O, bu səviyyəyə çatmaq və orada qalmaq üçün hər şey edib. Ronaldu uzun müddətdir ki, tarixin ən yaxşı oyunçularından biridir. Fikrimcə, o, hələ də Portuqaliya futbolunun irsinə təsir göstərəcək nələrsə edir. Ancaq biz futbolçular bilirik ki, getmək vaxtı gələndə, çətin də olsa, butsları mismardan asmaq lazımdır".

Hasselbaynkın sözlərinə görə, portuqaliyalı hücumçunun karyerasını davam etdirməsi əsas rəqibi, Argentina yığmasının heyətində dünya çempionu olmuş Lionel Messi ilə bağlıdır: "Əvvəlki illərlə müqayisədə Ronaldunun indi Portuqaliya komandasında daha yaxşı oynadığını düşünmürəm. Bəzi oyunlarda pressinq etməlisən, fərqli nəsə göstərməlisən. Çətin ki bunu edə bilər. Burada heç bir eyib yoxdur. 40 yaşında meydançaya çıxmaq öz-özlüyündə artıq əlamətdar hadisədir. Hesab edirəm ki, Messi dayananda, Ronaldu da futbolçu karyerasını başa vuracaq".

Qeyd edək ki, Ronaldunun kapitanı olduğu Portuqaliya yığması dünən UEFA Millətlər Liqasında Danimarkaya 0:1 hesabı ilə uduzub. Kriştiano oyun ərzində "çərçivə"yə bir zərbə belə vura bilməyib.  (Offsideplus.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Mart 2025

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR