Onlayn ictimai-siyasi qəzet
ABŞ məhkəməsi İlon Mask və hökumətin Effektivlik Departamenti (DOGE) tərəfindən USAID-in ləğvini qanunsuz hesab edib və bu prosesi qeyri-müəyyən müddətə dayandırıb.
Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Məhkəmə qərarına əsasən, USAID-in ləğv edilməsi ABŞ Konstitusiyasını pozmuş ola bilər. Buna görə də Donald Tramp administrasiyasına agentlik əməkdaşlarının kompüter və e-poçt sistemlərinə yenidən çıxış əldə etməsi üçün göstəriş verilib. Lakin qərar işdən çıxarılan əməkdaşların və ya agentliyin tam bərpasını nəzərdə tutmur.
USAID-in keçmiş işçiləri və podratçıları tərəfindən qaldırılan iddiada İlon Mask və DOGE-nin ABŞ Konstitusiyasına zidd olaraq, yalnız seçkilərdə qalib gəlmiş və ya Senat tərəfindən təsdiqlənmiş şəxslərin sahib ola biləcəyi səlahiyyətlərdən istifadə etdiyi iddia olunurdu. Məhkəmə, görünür, bu mövqeni dəstəkləyib.
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ