İnsanlara hürriyət, millətlərə istiqlal!

Soçi görüşü bitdi… Laçın dəhlizini BAĞLAYIRIQ? – Tural Abbaslı ilə “Canlı debat”

Soçi görüşündən əvvəl Azərbaycanın Xankəndi şəhərində mitinqin keçirilməsi Rusiyanın Azərbaycana qarşı təxribatı idi və rəsmi Bakı bunu cavabsız qoymamalıdır.

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının komandanı, general-mayor Andrey Volkov dərhal persona non-qrata (arzuolunmaz şəxs) elan edilməli və Azərbaycan ərazilərindən çıxarılmalıdır. Bunu reallaşdırmaq mümkündürmü? Rusiyanın Azərbaycana qarşı bu qanunsuzluğu hansı formada öz cəzasını almalıdır? Biz Laçın dəhlizinin bağlanmasını tələb etməliyikmi?

Ermənistan və Rusiya uzunmüddətli strateji tərəfdaşlıq və müttəfiqlik üçün möhkəm zəmin yarada biliblər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanda keçirilən Beynəlxalq Forumun qonaq sessiyasının açılışındakı müraciətində deyilir.

Açılışda müvafiq mesajı Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin oxuyub."Son onilliklər ərzində biz möhkəm dostluq və qarşılıqlı rəğbət tellərinə arxalanaraq, biz bir-birimizlə dostluq münasibətləri qurmağa nail olmuşuq. Bu, uzunmüddətli strateji tərəfdaşlıq və müttəfiqlik üçün möhkəm zəmindir”, - deyə rusiyalı nazir vurğulayıb.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR