İnsanlara hürriyət, millətlərə istiqlal!

“Soçi” futbolçularını Qroznıda kim zəhərləyib?

Rusiya Futbol İttifaqının (RFİ) baş katibi Maksim Mitrofanov Qroznıda keçirilən oyundan əvvəl Soçi futbolçularının zəhərlənməsi barədə iddialara münasibət bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Championat.com saytı yazır.

M.Mitrofanovun matçın başqa tarixə keçirilməsi ilə bağlı heç bir sənəd almadığını deyərək, “Soçi” klubu rəhbərliyinin oyunçuların özlərini yaxşı hiss etmədiklərini bildirdiyini qeyd edib. “Sonra, görünür, onla yaxşılaşdılar. Yaxud da özlərini yaxşı hiss edənləri tapdılar. Bəlkə də var gücləri ilə oynadılar. Bizim əlimizdə heç bir sənəd yoxdur”, - deyə RFİ-nin baş katibi bildirib.

Onun sözlərinə görə, fors-major hallar yaranarsa, matç təxirə salına bilər. Mitrofanov qeyd edib ki, yalnız tibbi sənədlər təqdim olunarsa, kütləvi zəhərlənmələr fors-major hal hesab edilə bilər.

Daha əvvəl “Soçi”nin baş məşqçisi ispan Robert Moreno “Axmat”la oyundan əvvəl komandanın 14 futbolçusunun zəhərləndiyini açıqlayıb. O, liqanın oyunu başqa vaxta keçirməkdən imtina etməsini biabırçılıq adlandırıb.

Dünən Qroznıda keçirilən “Axmat” – “Soçi” görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Axmat” xallarının sayını 26-ya çatdıraraq, aşağı liqaya düşmə təhlükəsi vəd edən zonanı tərk edib. “Soçi” sonuncu yerdə qalıb. Cənubluların 19 xalı var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR