İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiya Parlamenti: NATO bazalarından F-16-ların uçuşu Rusiyanın qırmızı xətti olacaq

Ukrayna F-16 qırıcılarının NATO hava bazalarından çıxışı Moskva üçün qırmızı xəttdir.

APA xəbər verir ki, bu barədə Slovakiya parlamentinin vitse-spikeri Lubos Blaqa deyib. O bildirib ki, bu məsələni Rusiya səfiri İqor Bratçikovla müzakirə edib.

"Rusiya üçün bu, qırmızı xəttdir və onlar xəbərdarlıq edirlər ki, bu, açıq toqquşmaya gətirib çıxaracaq. Eskalasiya III Dünya Müharibəsinə səbəb ola bilər", - deyə Blaqa sosial şəbəkələrdə yazıb.

Xatırladaq ki, Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirmişdi ki, əgər F-16 təyyarələri Polşa, Rumıniya və Slovakiyadakı bazalardan Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə edilərsə, onda Rusiya bunu həmin ölkələrin münaqişədə iştirakı hesab edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR