Onlayn ictimai-siyasi qəzet
Rusiya TŞ -nin sədr müavini: "Britaniya yaxın bir neçə ildə sular altında qalacaq"
Musavat.com xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev X sosial şəbəkəsində yenə qəribə şeylər yazıb. Bir zamanlar Rusiyaya rəhbərlik etmiş şəxs son illər bu cür təhdid və ifrat çağırışlarla məşhurlaşıb.
O, gah NATO Avropasını, Ukraynanı atom bombası ilə hədələyir, gah ayrı - ayrı ölkələrin liderlərini təhqir edir, gah da ən ağlasığmaz proqnozlar verir.
Onun budəfəki yazdığı isə həm əcaib proqnoz, amma həm də açıq təhdiddir. Medvedyev Böyük Britaniyanı Rusiya raketlərinin köməyi ilə yox olmaqla hədələyib. Səbəb nəymiş? Heç nə: Böyük Britaniyanın xarici işlər naziri David Lammy Ukraynaya öz dövləti adından uzunmüddətli dəstək vəd edib. Bu da Rusiyanın keçmiş prezidentini əsəbiləşdirib. O da götürüb məzmun tərcüməsini verdiyimiz bu təhdidi paylaşıb. Sitat:
“Böyük Britaniyanın xarici işlər naziri David Lammy Ukraynaya 100 illik dəstək vəd edib.
1). Yalan deyir. 2). Qondarma Ukrayna bu müddətin dörddə birinə belə dözməyəcək. 3). Britaniya adlanan adanın yaxın bir neçə ildə batması ehtimalı var. Lazım gələrsə, hipersəs raketlərimiz buna "kömək" edəcək”.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ