İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: “Tökülən qanların böyük hissəsi ABŞ-nin üzərinə düşür”

“Azərbaycanın apardığı tikinti-quruculuq işləri, cənab Prezidentin qətiyyətli siyasəti bir çox ölkələri ciddi şəkildə narahat edir”.

Musavat.com xəbər verir ki, bunu komitə sədri Siyavuş Novruzov parlamentdəki çıxışında bildirib.

O qeyd edib ki, bu ölkələrin başında ABŞ dayanır.

“Bu dövlətlər Cənubi Qafqazda yenidən müharibə alovunu alovlandırmaq istəyir”, - deyən S.Novruzov əlavə edib ki, son 60 ildə ABŞ dünyada baş verən müharibələrdə ya dolayısı ilə, ya birbaşa iştirak edib.

“Bu tökülən qanların böyük hissəsi ABŞ-nin üzərinə düşür. Dünyanın bütün qitələrinə nəzər salsaq, Amerikanın barmağı oradan çıxır”, - o qeyd edib.

Deputat bildirib ki, vaxtilə “Dağlıq Qarabağa”, indi isə Ermənistana yardım göstərilməsi, bölgəyə ayrı-ayrı qüvvələrin yerləşdirilməsi, Zəngəzur dəhlizinin açılmaması ABŞ-nin bu münaqişənin “həlli”nə verdiyi töhfələrdir.

Siyavuş Novruzov bəzi qüvvələrin amerikalı anti-Azərbaycan mövqeli 60 konqresmeni az qala “milli qəhrəman”a çevirmək istiqamətində mövqeyini də tənqid edib.

E.Paşasoy,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR