İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: “Lazım olacarsa, biz o ərazidə də döyüşməyə hazırıq”

Milli Məclisin komitə sədri Siyavuş Novruzov deputat həmkarı Fazil Mustafaya qarşı terror aktına qarşı sərt etirazını bildirib

“Biz burada öz mövqeyimizi ortaya qoymalıyıq. Bundan sonra hansı addımı atmalıyıq? Həzrəti Əlinbin bir kəlamı var: “Əqidəsi olmayan insanın imanı və inancı olmaz”. Burdakı insanların əqidəsi var, mövqeyi var, dövlət başçısını, dövləti müdafiə edirlər. Bu terror aktı ilə bizim gözümüzü qorxutmaq istəyirlərsə, çox böyük səhvə yol verirlər. Bizim üstümüzə çox qoşunlar gəlib. Sovet ordusuna qarşı döyüşmüşük. 5 dəfə dövlət çevrilişi olub”. S.Novruzov ardınca İranın təhdidlərinə sərt xəbərdarlıq etdi: “Biz öz əqidəmizlə prezidentin müsəlləh əsgəriyik. Bu gün İran Naxçıvanla sərhəddə qoşun toplayıb. Lazım olacarsa, biz o ərazidə də döyüşməyə hazırıq. Qoy bilsinlər, qulaqlarını açıb eşitsinllər ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycanın güclü dövlət başçısı, komandası var. İranın və digər ölkələrin əlaltılarına xəbərdarlıq edirik ki, özlərini yığışdırsınlar! Bizim də kifayət qədər qüvvəmiz və gücümüz var!”

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR