Onlayn ictimai-siyasi qəzet
İranda siyasi məhbus Zöhrə Sərvə SEPAH-nin “əməkdaşlıq təklifi”ni rədd edərək intihara əl atıb
Musavat.com xəbər verir ki, bu barədə telegram kanallarında məlumat yayılıb.
Məlumata görə, aclıq aksiyasının 20-ci günündə Tehrandakı Evin zindanının qadın məhbuslar bölməsində cəza çəkən siyasi məhbus Zöhrə Sərvə SEPAH-nin “əməkdaşlıq təklifi”ni rədd etdikdən sonra SEPAH rəsmilərinin təhdidləri ilə üzləşib və bir sıra həblər qəbul edərək intihara cəhd edib.
Qeyd olunub ki, intihara əl atan siyasi məhbus dərhal xəstəxanaya aparılıb və ilkin müdaxilədən sonra özünə gəlib.
“Bu dəfə haqqımı almaq üçün canımla onların qarşısında dayanacağam”, – deyə siyasi məhbus oyanandan sonra bildirib.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ